Cəmİyyət

Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom

Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom

Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil.

Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər.

Sfera.az medicina.az-a istinadən bildirir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər.

Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması.

Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.

Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031