Cəmİyyət

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən xəbərə görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu  gecə 8-11° isti, gündüz  13-16° isti, Bakıda  gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.  

 

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər  saatlarında  duman olacaq. Şərq  küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək  isti, gündüz 4-8° isti olacaq. 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031