Cəmİyyət

Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir

Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə  zəruri tədbirlər davam etdirilir
 
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş
yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi
dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə dəstək
olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti  tərəfindən başlanılmış sosial
aksiya davam etdirilir.
Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan
həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar
paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları
və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən
vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin
pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Rayon ərazisində  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin
daha da genişləndirilməsi məqsədilə başlanılmış dezinfeksiya işləri də davam
etdirilir. 
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və
prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin,
metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri
və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi
qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb
və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin
tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində
zəruri tədbirlər  görülür.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930