Təhsİl

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı"nın mayın 20-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da XI sinif – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 10:55-də X sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:55-də IX sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:40-da V sinif – İngilis dili, Azərbaycan dili, Təsviri incəsənət; 13:15-də II sinif – Azərbaycan dili, Musiqi; 13:35-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq. 

Rus dili bölməsi üçün sabah saat 14:05-də II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:25-də VI sinif – Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 14:55-də VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:40-da XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq. 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031