İqtİsadİyyat

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 41,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031