No Image
No Image

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

2 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, 2 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

 

2 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ukrayna Co Baydenin Rusiyaya qarşı əsas silahıdır - Puşkov

ABŞ-ın yeni prezidenti Co Bayden Ukraynanın köməyi ilə Rusiyaya qarşı aktiv mübarizəyə başlayacaq. Sfera.az-ın məlumatına görə, Senator Aleksey Puşkov b...

Zaur Əliyev: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”

"Koronavirus infeksiyasına qarşı vaksinasiya qısa müddətdə öz təsirini göstərəcək”.   Bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövl...

Daha 3 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb. Sfera.az  "armeniasputnik”ə istinadən xəbər verir...

Şəhid ailələrinə və müharibə əlillərinə evlər bu tarixdən veriləcək

"Növbəti həftələr ərzində məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələri və müharibə əlillərinə veriləcək”. Sfera.az xəbər verir ki, bunu ...

Sabah axşamdan hava pisləşəcək - Qar yağacaq, çovğun olacaq

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında ya...

Pensiyaların artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlə...