İqtİsadİyyat

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb
 Azərbaycanda qızıl və gümüş bahalaşıb.
 

Sfera.az xəbər verir ki, avqustun 5-də qızılın qiyməti avqustun 4-ü ilə müqayisədə 82,391 manat (2,45 faiz) artaraq 1 unsiya üçün 3 439,874 manat təşkil edib.

Gümüş 2,7231 manat (6,56 faiz) bahalaşaraq 1 unsiya üçün 44,182 manata bərabər olub.

Platinin qiyməti 24,055 manat (1,53 faiz) artaraq 1597,15 manat, palladiumun qiyməti 60,86 manat (1,71 faiz) artaraq 3 616,835 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 423,1555 manat (14 faiz) bahalaşıb, gümüş 13,5571 manat (44,3 faiz) bahalaşıb, platin 212,2705 manat (15,3 faiz) bahalaşıb, palladium 368,985 manat (11,4 faiz) bahalaşıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930