Sİyasət

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 29-da qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyə hazırlaşır.

TASS agentliyi bu barədə BMT-də olan mənbəyə istinadən məlumat yayıb. 

"Çox güman ki, müzakirələr çərşənbə axşamı (29 sentyabr) qapalı formatda baş tutacaq”, deyə mənbə bildirib.

Müzakirələr bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

Formata əsasən, Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatı münaqişə tərəflərinin nümayəndələrinin iştirakı olmadan müzakirələr aparacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031