Dünya

Türkiyədə son sutkada koronavirusdan 65 nəfər öldü

Türkiyədə son sutkada koronavirusdan 65 nəfər öldü
 Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri mətbuat konfransında bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 098 şübhəli koronavirus testindən keçib, onlardan 1391-nin cavabı pozitiv çıxıb, 1245 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1516 nəfər olub.   
 
Türkiyədə ümumilikdə 318 663 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 279 749 nəfər sağalıb, 8195 nəfər ölüb.

Nazir bildirib ki, bu il COVID-19-a yoluxanlar arasında ölüm hallarının qarşısını tamamilə almaq mümkün olmayacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031