No Image
No Image

İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 4 avqust tarixli 907 nömrəli, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 25 avqust tarixli 818 nömrəli, "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2009-cu il 30 oktyabr tarixli 173 nömrəli, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2010-cu il 24 may tarixli 267 nömrəli, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2004-cü il 12 fevral tarixli 25 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Sfera.az fərmanın mətnini təqdim edir:

1. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 907 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 436; 2004, № 10, maddə 793; 2007, № 6, maddə 611; 2011, № 2, maddə 84) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü abzasda "5.2-ci maddəsində” sözləri "5.2-ci və 9-cu maddələrində” sözləri ilə əvəz edilsin;

1.2. dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"həmin Qanunun 9-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

2. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 725) 2-ci hissəsindən "11.3-cü,”, "13.3-cü,” və ",16.10-cu” sözləri çıxarılsın.

3. "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 227; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "7.1-ci maddəsində” sözləri "6.5-ci, 7.1-ci və 18.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddən "10-cu” sözləri çıxarılsın;

3.3. 2.3-cü bəndə "Nazirlər Kabineti,” sözlərindən sonra "5.0.2-ci maddəsi üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin və həmin bənddən "5.0.12-ci,” sözləri çıxarılsın;

3.4. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

"2.7. həmin Qanunun 6.5-ci və 18.2-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

4. "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 173 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci və 1.3-cü bəndlər ləğv edilsin;

4.2. 1.2-ci bənddə "həmin Qanunun 19.4-cü maddəsində və” sözləri "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

5. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 396; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 833) 1.3-cü və 1.4-cü bəndləri ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1274; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 847) ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 4.2-ci bəndinin on üçüncü abzasında "ərzaq” sözü "qida” sözü ilə əvəz edilsin.

7. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 63; 2009, № 4, maddə 226; 2018, № 5, maddə 904) ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 16 aprel tarixli 1923 nömrəli, "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və "Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 19 avqust tarixli 811 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli, "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 674) 4-cü hissəsi ləğv edilsin.

2. "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2555) 2-ci hissəsi ləğv edilsin.

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və "Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1394) aşağıdakı məzmunda 2.8-1-ci və 2.8-2-ci bəndlər əlavə edilsin:

"2.8-1. həmin Qanunun 10.4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

2.8-2. həmin Qanunun 12.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

4. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 482; 2009, № 4, maddə 226; 2018, № 5, maddə 930) ləğv edilsin.

5. "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 564; 2014, № 5, maddə 477; 2015, № 2, maddə 131; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 836; 2018, № 5, maddə 931) ləğv edilsin.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Deputatlar bu məsələlərə görə Strasburqa gedirlər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhb...

Prezident Xalq artistinə məktub ünvanladı

Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu ünvanlayıb. Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb...

Leyla Əliyeva bacısını təbrik etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bacısı Arzu Əliyevanı ad günü münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, L. Əliyeva İnstaqra...

Prezident Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev "İstiqlal” ordeni ilə təltif edilib. Sferaş.az-ın məlumatına görə,...

Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir - Azərbaycan buna hazırlaşır

"Böyük bir müharibə mənzərəsi bölgəmizi təqib edir, amma başlayanda hədəf kim olacaq - Rusiya və ya İran, hələ də aydın deyil. Hər halda, Ermənistan döyüş əməli...

İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib. Sfera.az  xəbər verir ki, məktubda deyilir: "Hör...