Maqazİn

Nura Surinin valideynləri görün hansı məşhurlardır

Nura Surinin valideynləri görün hansı məşhurlardır
"Zaurla Günaydın” proqramına qonaq olan müğənni Nura Suri barəsində bəzi maraqlı məqamlar üzə çıxıb. 
Müğənni proqrama atası, polkovnik-leytenant Xanlar bəy və anası Firəngiz xanımla birlikdə qatılıb.

Məlum olub ki, Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.

Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. 
Qeyd edək ki, hərbi yazıçı Tatarinka cütlük barədə kitab yazıb. Oxu.Az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31