Cəmİyyət

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA
 "Mayın 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə əlaqədar indiki mərhələdə fikir söyləmək bir qədər erkən olardı".

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, vəziyyətin qiymətləndirilməsi region və dünyadakı proseslərin qiymətləndirilməsi ilə əlaqədar olacaq: "Hesab edirik ki, karantin rejiminin uzadılması, müəyyən yumşaldılma və sərtləşdirmə tədbirləri ola bilər. Bu mövcud vəziyyətdən asılı olacaq".

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031