No image
Cəmİyyət

75 yaşlı Hüseynbala Mirələmov xüsusi karantin qaydasını belə pozdu - FOTOLAR

75 yaşlı Hüseynbala Mirələmov xüsusi karantin qaydasını belə pozdu - FOTOLAR
 Xüsusi karantin rejimi çərçivəsində riayət edilməsi tələb olunan əsas qaydalardan biri 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmasıdır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə 65 yaş kateqoriyasına aid şəxslərin evdən bayıra çıxmalarının məhdudlaşdırması ilə bağlı qərar verilib.

Lakin görünür, dünya ölkələrində qorxunc virusa yoluxmamaq üçün edilən xəbərdarlıqlara səhlənkar yanaşma halları ölkəmizdə də öz axarı ilə davam edir. Maraq və bir o qədər də təəccüb doğuran məqamlardan biri isə məhz ictimaiyyətdə müəyyən nüfuza malik insanların qaydaları asanlıqla pozmasıdır.

Sfera.az yenicag.az-a istinadən xəbər verir ki, xüsusi karantin qaydalarını pozanlardan biri də sabiq millət vəkili, son parlament seçkilərində dairəsinin nəticələri ləğv olunan Hüseynbala Mirələmovdur.

 
Müşahidələrimizə görə, yaşlı şəxslərin evdən çıxmaması ilə bağlı məhdudiyyət "Torqovi”da yaz günlərinin dadını çıxaran sabiq deputatlar 75 yaşlı Hüseynbala Mirələmov və Vəsadət Əzizov (Vəsadət müəllimin 65 yaşı bir neçə ay sonra tamam olur) üçün heç də maraqlı deyil.
 
 
Hətta onu da vurğulayaq ki, prezidentin koronovirusla mübarizəyə dəstək çağırışına qoşulanların arasında da Hüseybala Mirələmov, Hadı Rəcəbli və digər bir sıra eks-deputatın adına rast gəlmək mümkün olmadı. Ola bilər, Hüseynbala Mirələmov koronavirus pandemiyasının mövcudluğuna inanmasın. Ancaq bütün hallarda millətin vəkilinin karantin qadağasını belə rahatlıqla pozması cəmiyyət üçün pis örnəkdən başqa bir şey deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, icazə SMS-i alan yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılır.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930