Təhsİl

9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR

9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR
 
"DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq". 

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:

"Amma 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11-ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər. 

Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq". 

Ekspert qeyd edib ki, hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq. (qaynarinfo)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031