Cəmİyyət

*9933 taksi şirkətindən şikayət var - GİLEY

 *9933  taksi şirkətindən şikayət var - GİLEY
Sosial şəbəkədə özünü Məhəbbət S-va kimi təqdim edən istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna *9933 kimi tanınan "Salam Taksi" şirkətindən şikayət edib.
 
Sfera.az sözügeddən paylaşımı oxucularına təqdim edir:
 
"Salam. Şikayətim *9933 taksi şirkətindəndir. Bu axşam saat 20 radələrində Gənclik Mall-dan Azadlıq Prospektinə taksi sifariş etdim. Taksi təyin edildi, 20 dəqiqədən çox gözlədim, taksi gəlmədi.
 
Nəhayət, nə vaxt gələcəyini bilmək üçün sürücünün mesajda göstərilən nömrəsinə zəng vurdum. Əvvəlcə sürücü uzaqda olduğunu dedi, düşündüm ki, gəlir. Soruşanda: "Nə vaxta çatırsınız?", üstümə qışqırıb: "Sənə dedim uzaqdayam da, gəlmirəm! ",-dedi. Sürücüyə: "Axı bayaqdan gözləyirəm, ən azından xəbər verə bilərdiniz ",-deyib irad bildirəndə: " Əəə get başdakılarla danış e, deyirəm gəlmirəm, mənim problemim deyil ",-deyib səsini başına atdı. Mübahisəni uzatmamaq üçün zəngi sonlandırdım.
 
Bayaq şikayət etmək üçün şirkətin özünə zəng vurdum, verdikləri nömrə ilə dəfələrlə əlaqə saxlamağa çalışsam da, cavab verən olmadı.
 
Taksi xidmətindən tez - tez yararlanan biri kimi deyə bilərəm ki, bu günədək heç bir taksi şirkəti ilə problem yaşamamışddım. Əslində şikayətim sürücüdən çox, şirkətin özündəndir. İşinə bu qədər qeyri - peşəkar yanaşmaq sadəcə müştəri bazasını dağıtmağa, şirkəti gözdən salmağa və biz müştəriləri çətin vəziyyətdə qoymağa səbəb olur.”

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031