Dünya

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”
 Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, "itkin düşmüş" informatorların siyahısına düşəcəyindən qorxaraq ABŞ-da gizlənir.

Sfera.az xəbər verir ki, Fox News-a eksklüziv reportajında Honq Konqun viroloq doktoru Li-Men Yan COVID-19 ilə əlaqəli apardığı ilk araşdırması haqda danışıb. 

Honq Konq Xalq Sağlamlığı Məktəbində virusologiya və immunologiya sahəsində ixtisaslaşan qadın həkim 28 apreldə ABŞ-a qaçıb. Dediyinə görə, əgər tutulmuş olsaydı, həbsxanaya atıla bilər və ya daha da pis, "yoxa çıxanlardan” biri ola bilərdi.

Yan Fox News-a verdiyi müsahibədə Çin rəhbərliyinin yeni koronavirus haqqında xəbəri verəndən çox əvvəl o haqda məlumatlıymış. O deyir ki, bu sahədəki bəzi aparıcı mütəxəssislər kimi tanınan rəhbərləri onun pandemiyanın başlanğıcında insanların həyatını xilas edə biləcək araşdırmalarına da məhəl qoymayıblar.

İndi gizlənən Yan onun həyatı üçün təhlükə olduğunu düşünür. Heç vaxt evə qayıda bilməyəcəyindən qorxur və çox güman ki, öz vətənində dostlarını və ailəsini heç görməyəcəyini anlayaraq yaşayır.

"ABŞ-a gəlməyimin səbəbi COVİD haqqında əsl mesajı ötürməyimdir", - Yan deyir və əlavə edir ki, Çində öz hekayəsini danışmağa çalışsa, "yoxa çıxacaq və öləcək".

Dünyadakı yeni koronavirusu araşdıran ilk alimlərdən biri olduğunu iddia edən Yan Universitet/ÜST istinad laboratoriyasındakı araşdırma müdiri doktor Leo Pundan 2019-cu ildə materik Çində həmin ilin dekabrın sonunda SARS tipli hadisələrin qəribə bir çoxluğunu öyrənməsini istəyib. 

"Çin hökuməti xarici mütəxəssislərin, o cümlədən Honq Konq ekspertlərinin Çində araşdırma aparmalarına icazə verməkdən imtina etdi, - o deyir. - Beləliklə, daha çox məlumat almaq üçün dostlarıma müraciət etdim".

Yan böyüdüyü və təhsilinin çox hissəsini keçirdiyi materik Çindəki müxtəlif tibb müəssisələrində geniş peşəkar əlaqələrə sahib olub. Deyir ki, bu səbəbdən bu cür araşdırma aparmağı xahiş olundu, xüsusən də komandası hökumətin əsil həqiqətləri gizlədikləri bilirdilər.

Onun yoldaşlarından biri, Çindəki Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin alimi xəstəlik halları barədə əvvəlcədən birinci əldən məlumatlıydı və iddia edildiyi kimi, 31 dekabrda Çin və ya ÜST belə bir yayılma olduğunu etiraf edəndən xeyli qabaq virusun insandan-insana ötürülməsi barədə Yana danışmışdı.

Yanın sözlərinə görə, o, bu ilkin tapıntıların bəzilərini rəhbərinə bildirib. O isə sadəcə başını yelləyib və Yana işə davam etməsini tapşırıb.

Bir neçə gün sonra, 9 yanvar 2020-ci ildə ÜST bir açıqlama verir: "Çin səlahiyyətlilərinin fikrincə, bu virus bəzi pasiyentlərdə ciddi xəstəliklərə səbəb ola bilər, ancaq insanlar arasında asanlıqla ötürülə bilməz... Bu sabit qrupun ümumi riskini təyin etmək üçün məhdud məlumatlar var".

Yan bütün Çindəki həmkarları ilə birlikdə xüsusi bir virusu açıq-açığına müzakirə etdiklərini, ancaq tezliklə tonun kəskin dəyişdiyini görüb.

Virusu əvvəllər açıq müzakirə edən həkimlər və tədqiqatçılar birdən susublar. Daha sonra yayılma ocağına çevrilən Vuhan mütəxəssisləri də susub, digərlərinə isə detallarla maraqlanmamaq barədə xəbərdarlıq edilib.

Doktor Yan deyir: "Həkimlər qəzəblər deyirdilər ki, biz bu barədə danışa bilmərik, ancaq biz də maska taxmalıyıq”.

Sonra, mənbələrinə görə, virusun insandan-insana ötürülməsi hallarının sayı eksponent olaraq böyüməyə başladı və Yan cavab axtarmağa başladı.
"Vaxtında müalicə almayan və vaxtında diaqnoz qoyulmayan bir çox xəstə var, Yan deyir, - Xəstəxanadakı həkimlər qorxur, amma danışa bilmirlər. CDC heyəti qorxur".

Onun dediyinə görə, öz tapıntılarını yenidən rəhbərinə 16 yanvarda bildirib, ancaq bundan sonra rəhbəri ona guya "susun və ehtiyatlı olun", - deyib.
"Daha əvvəl mənə xəbərdarlıq etdiyi kimi: "Qırmızı xətti keçməyin. Problemlərimiz olacaq və biz də "yox olacağıq...”

ÜST ilə əlaqəli laboratoriyanın həmsədri, professor Malik Peyrisin də nə baş verdiyini bildiyini, lakin bununla bağlı heç bir şey etmədiyini iddia edir Yan.
Fox News-a görə, Peirisin vəzifəsi ÜST-ün saytında yeni 2019-nCoV coronavirus ilə əlaqədar ÜST-ün Beynəlxalq Sağlamlıq Qaydaları üzrə Fövqəladə Komitəsinin "məsləhətçisi" olaraq verilib.

Yan bundan pis olub, ancaq təəccüblənməyib.

"ÜST, Çin hökuməti və Çin Kommunist Partiyası kimi beynəlxalq təşkilatlar arasında olan korrupsiya haqqında bildiyim üçün nə olacağını artıq bilirəm, - Yan deyir. - Beləliklə, əsasən ... Mən bunu qəbul edirəm, amma bu yanlış məlumatın dünyada yayılmasını istəmirəm".

ÜST isə Yan, Pun və ya Peyrisin birbaşa təşkilat üçün işlədiyini inkar edir. (qaynarinfo.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31