Maqazİn

ABŞ-da kuryer işləyən “Avroviziya” təmsilçimiz oğlunun şəklini paylaşdı, amma... - FOTO

ABŞ-da kuryer işləyən “Avroviziya” təmsilçimiz oğlunun şəklini paylaşdı, amma... - FOTO

Yeddi il öncə İsveçrədə Azərbaycanı "Avroviziya” beynəlxalq musiqi müsabiqəsində "Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov oğlu ilə birgə ilk dəfə fotolarını yayıb.

Sfera.az xəbər verir ki, oğlunun bir yaşını "Instagram” hesabında təbrik edən ifaçı onunla birgə gəzintidə lentə aldığı şəklinə "İlk doğum günün mübarək, oğlum. Bir il belə sürətlə gəldi, keçdi...” şərhini verib.

F.Məmmədov oğlunun üzünü gizlətmək üçün öndən deyil, arxadan çəkilən fotoları paylaşıb. 

Sosial şəbəkə izləyiciləri F.Məmmədovun oğlunu bir yaşı münasibətilə təbrik edib, xoş sözlər yazıblar.

Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır. (oxu.az)

 


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930