Sİyasət

“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə

“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
23 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Sfera.az-a baş tutacaq görüş barədə gözləntilərini açıqlayan politoloq Zərdüşt Əlizadə 4 ölkənin razılığı əsasında Dağlıq Qarabağ münaqişəsinin həll oluna biləcəyini qeyd edib:

"Hər hansısa razılaşmanın əldə edilməsi üçün ortada hansısa zəmin olmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Biz deyirik ki, erməni ordusu işğal olunmuş torpaqlarımızdan çıxsınlar və danışıqlarla problemi həll edək. Amma ermənilər deyir ki, Qarabağın müstəqilliyi tanınmalıdır. Bu baxımdan tərəflər arasında razılığa gəlmək üçün hansısa zəmin yoxdur. 

ABŞ-ın indi başı qarışıb prezident seçkilərinə və o nə Ermənistanı nə də Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil. Onlar heç Venesuellada hakimiyyəti dəyişə bilmədirlər, qaldı ki, Cənubi Qafqazda...

Bölgədə söz sahibi indi Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadır. Bu ölkələrin razılaşması əsasında ortaq həll tapıla bilər. Ermənistan hakimiyyətinin indi manevr imkanı yoxdur. Xalqı o qədər aldadıblar ki, camaatın başına hava gəlib. Elə bilirlər ki, bütün dünya ermənilərindir. Ona görə də çıxılmaz vəziyyətə düşüblər”. 

Sfera.az
Əzizə Zeynal 

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30