Sİyasət

ABŞ koronavirusa görə Azərbaycana yardım göndərib - FOTO

ABŞ koronavirusa görə Azərbaycana yardım göndərib - FOTO
 ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və USAID Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

"Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub. Pandemiyanın təsirinə məruz qalan insanlara dəstək göstəməkdə tərəfdaşlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və UNICEF-ə təşəkkürlər”, - məlumatda bildirilib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031