No Image
No Image

Abşeronda ana və qızı yol qəzasında yaralandı

Abşeronda ana və qızı yol qəzasında yaralandı
Abşeron rayonunda ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci təvəllüdlü Əhədzadə Ziya Əliniyaz oğlu, 1979-cu il təvəllüdlü Rəhmanova Elnarə Nadir qızı və onun 17 yaşlı övladı Şirinzadə Rəksanə Anar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı E. Rəhmanovaya qabırğaların sınığı, R. Şirinzadəyə isə sol bud sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şamaxıda palçıq vulkanı püskürdü

"Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb". ...

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Sfera.az xəbər verir ki, gəmiyə daxil ...

Naxçıvanda yenidən zəlzələ oldu

Bu gün yerli vaxtla saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzd...

Rusiyalı hərbçi Ermənistanda öldü

Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi yol qəzasında həlak olub. Sfera.az "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, qəza barədə məl...

Baş həkim Cəlil Nəzərov saxlanıldı - Maliyyə yeyintisinə görə

Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb. Sfera.az xəbər verir ki, C. Nəzərov bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübar...

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü - FOTOLAR

Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun nənəsi ürəktutmasından dünyasını dəyişib. Sfera.az xəbər verir ki, hadisə rayonun Şiləvəngə kə...