Cəmİyyət

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır
 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq. 

Bu barədə Sfera.az-a ADY-dən bildirilib.

Məlumata görə, Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarları hərəkətdə olmayacaqlar. 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031