Cəmİyyət

Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq
 

Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 3 iyun Ümumdünya Velosiped Günü münasibətilə yayımladığı məlumatda bildirilir

Məlumatda həmçinin deyilir ki, ADY-nin velosiped dayanacaqlarında parklanma ödənişsizdir. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031