Adi qrip, yoxsa koronavirus? – Həkim bunları fərqləndirməyin yollarını açıqladı

Adi qrip, yoxsa koronavirus? – Həkim bunları fərqləndirməyin yollarını açıqladı

 

Payızın gəlişi ilə əlaqədar qripə yoluxanların sayında artım müşahidə edilir. Bu zaman isə bir çox insanlar panikaya qapılaraq koronavirusa yoluxduğunu düşünür.


Belədə sual yaranır: Qrip və koronavirusun nə kimi fərqləri var?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, həkim-infeksionist Həlimə Səfərli insanın eyni anda həm qrip, həm də koronavirusa yoluxa biləcəyini deyir. Həkim bununla bərabər hər iki xəstəliyin bəzi fərqli xüsusiyyətlərinin də olduğunu diqqətə çatdırıb:




"Hər iki virus üçün tez-tez rast gəlinən əlamətlər qızdırma, öskürək, nəfəs darlığı və üşütmədir. Eyni zamanda COVİD-19-a xas olan xüsusi əlamətlər də var. Məsələn, bura iybilmə və dadbilmənin itməsi daxildir. Lakin onu da deyim ki, hər koronavirus xəstəsində də bu əlamətlər hiss olunmaya bilər. Qripə yoluxma halı koronavirusdan daha tez, yəni bir ya dörd gün ərzində özünü bəlli edir. Koronavirusda bu hal 14 günədək çəkə bilər.

 

Təəssüf ki, nə koronavirus, nə də yanlız qripə aid xüsusi simptom yoxdur. Yəni, simptomlar sadəcə xəstəlikdən asılı olaraq ya az, ya da çox hiss oluna bilir. Əgər bir şəxsdə sadaladığım halların hamısı hiss edilirsə mütləq şəkildə koronavirus testindən keçsə yaxşı olar.

 

Onu da bildirmək istəyirəm ki, insan eyni anda həm qripə həm də koronavirusa yoluxa bilər. Bu baxımdan deyim ki, koronavirusdan fərqli olaraq, qripə qarşı vaksin var və hər iki xəstəliyə tutulan şəxs ən azından qripə vaksinlə qalib gələ bilir”.

 

Əzizə

Sfera.az

 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031