İqtİsadİyyat

“ADY Konteyner”: Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olmayacaq

“ADY Konteyner”: Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olmayacaq

"Koronavirus İrandan Azərbaycan ərazisi ilə həyata keçirilən yükdaşımalara ciddi təsir göstərməyəcək”.

Sfera.az-ın report-a istinadla məlumatına görə, bunu "Caspian European Club”un dəstəyi ilə keçirilən Beynəlxalq "Transport B2B Forum”u çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov deyib.

Onun sözlərinə görə, regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb: "İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində yox, logistika sahəsində qeyd alınıb. Çünki anbarda nəql etməyə məhsul olmursa, bu artıq logistika ilə bağlı problemdir”.

Dəmir yolu rəsmisi qeyd edib ki, əsas daşıma istiqamətimiz olan Çində bəzi müəssisələr və zavodlar istehsalın həcmini aşağı salıblar: "Hər il konteynerlə yükdaşımalar ən azı 50% artır. Eyni dinamikanı bu il də gözləyirik. Koronavirusun nəqliyyat sahəsinə böyük təsirinin olacağını proqnozlaşdırmırıq”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930