Cəmİyyət

Ağır yaralı hərbçimizin möcüzəvi qurtuluşu - Həkimlər heyrət içində qaldı

Ağır yaralı hərbçimizin möcüzəvi qurtuluşu - Həkimlər heyrət içində qaldı
Cəbhədən əsgərlərimizin gücünü və mətanətini bir daha yaddaşlara həkk edən qürurverici xəbərlər gəlməyə davam edir. 

Sfera.az bildirir ki, Şəkinin Daşbulaq kənd sakini olan hərbçinin ağır yaralandıqdan sonrakı qurtuluş hekayəsi də bu qəbildəndir. 

Bu barədə jurnalist Zülfiyyə Quluyeva özünün "Facebook" hesabında yazıb:

"Yaxın qohumumuz döyüş tapşırığını həyata keçirərkən ağır yaralanıb. Bircə kəlmə evə zəng edərək onu deyib ki, qolum yoxdur, özüm hardayam bilmirəm. Ondan sonra əlaqə kəsilib. Üç gün onu yaralıların, şəhid olanların içərisində axtardılar, tapılmırdı. Hamımız ümidimizi üzmüşdük. Üç gündən sonra o, yaralı vəziyyətdə özünü postlarımıza çatdıra bilib. Ağır yaralansa da, əynindəki paltarlarını cıraraq qanaxmasını dayandırıb, üç gün gecələr sürünə-sürünə yol gəlib, ac, ağır yaralı ola-ola özünü hərbçilərimizə çatdırıb. Şükür ki, artıq bir əməliyyat olunub, digər əməliyyatları üçün hazırlıq aparılır.

Hər kəs hərbiçimizdəki dözümə, gücə heyran qalıb. Hətta həkimlər də bu qədər qan itirən insanın özünü xilas etməsinə heyrətləniblər. Bəli, bizim hərbiçilərimiz, əsgərlərimiz belə dözümlü, mətindirlər. Onları getdikləri yoldan heç kəs, heç nə çəkindirə bilməz. Bizim əsgərlərimiz belə güclüdürlər. Torpağımızın bu mərd, qəhrəman oğlu ilə qürur duyuram. Allah ordumuzu qorusun!".

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031