Hadİsə

Ağstafada iki dəfə zəlzələ oldu

Ağstafada iki dəfə zəlzələ oldu
Ağstafada gün ərzində növbəti zəlzələ olub.

Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, Ağstafada son saatlarda qeydə alınan ikinci təbii hadisədir. Saat 1:21-də də Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib.

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31