Cəmİyyət

Ağstafaya icra başçısı təyinatı niyə gecikir? - Ekspertdən “bu yeni praktika deyil” açıqlaması

Ağstafaya icra başçısı təyinatı niyə gecikir? - Ekspertdən “bu yeni praktika deyil” açıqlaması

"Görünür hökumət daxilində Ağstafa rayonuna yeni icra başçısı təyin etməklə bağlı aydın qərar yoxdur”.


Sfera.az-a açıqlamasında bu sözləri əvvəlki icra başçısı həbs edilən Nefçala rayonuna bu günlərdə yeni rəhbərin təyin edilməsinə rəğmən, Ağstafa rayonunun keçmiş icra başçısı anoloji olaya görə daha əvvəl həbs edilsə də, ora hələ də yeni başçının təyin edilməməsi səbəbinə toxunarkən hüquqşünas Ələsgər Məmmədli deyib.

 

Bununla yanaşı, həmsöhbətimiz qeyd etdi ki, adətən icra başçılarını təyin etmək səlahiyyəti müstəsna hüquq kimi Prezidentin səlahiyyətindədir: "Bununla bağlı hansısa limit nəzərdə tutulmayıb. Faktiki olaraq icra başçısı vəzifəsi boş olanda, bu vəzifəni birinci müavin icra edir. Ağstafa rayonunda da hazırda həmin funksiyanı birinci müavin icra edir. Bu mənada həmin rayonda icra başçısının hələlik təyin edilməməsi fonunda birmənalı olaraq hər hansı bir formada idarəetmədə boşluğın yaranmasından söhbət gedə bilməz Digər tərəfdən, Nefçaladakı əvvəlki icra başçısı ilə bağlı olaydan sonra ora yeni icra başçısı təyin olunduğu halda, Ağstafada anoloji hadisə ondan əvvəl baş versə də, bu rayona hələlik rəhbərin təyin edilməməsinə gəldikdə, görünür hökumət daxilində bununla bağlı aydın qərar yoxdur. Namizədləri də yəqin ki, müəyyən etməyiblər”.

 

Ə. Məmmədli belə bir praktikanın iqtidar daxilində heç də yeni olmadığını da vurğuladı: "Hər halda əvvəllər də icra başçısı vəzifəsinin uzun müddət boş qaldığı rayonlar olub. Bu baxımdan baxdıqda, iqtidarda bu heç də yeni praktika deyil. Yəqin ki, yaxın vaxtlarda Ağstafaya da yeni icra başçısını təyin edəcəklər. Digər tərəfdən, düşünmürəm ki, sözügededən rayona başçının təyin edilməsinin ləngiməsinin həmin bölgəyə hansısa bir mənfi təsirləri olsun. Normalda rayonda eyni funksiyanı icra edən birinci müavin olur və bütün sistem idarə olunur”.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930