Cəmİyyət

"Ailənin bir üzvü işləyirsə, başqa üzvü dəstək ala bilməz" - Nazir

 "Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz”.

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:

"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq”. (report)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930