Dünya

Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar - ŞAD XƏBƏR

Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar - ŞAD XƏBƏR
 

Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir.

Sfera.az  xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib.

"Rossiyskaya qazeta" araşdırmaya istinadən yazır ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar.

Xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif dozalarda gələn ultrabənövşəyi radiasiyaya məruz qoyublar.

Məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur. (baku.ws)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031