Sİyasət

“Alınan rüşvətlər sahibinə geri qaytarılmalıdır” - Deputat

“Alınan rüşvətlər sahibinə geri qaytarılmalıdır” - Deputat
"Prezidentin ehtiyat fondundan pullar ayrılırdı ki, əlilləri, tam imkansızları və çarəsizləri evlə təmin etsinlər. Təəssüf ki, əvvəlki rəhbərlik və digər əli kirli vəzifəli şəxslər o evləri də pulla satıblar, rüşvət müqabilində aidiyyatsız şəxslərə veriblər. Yaxud, elə almağa haqqı olanlardan rüşvət alıb veriblər”.

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkilinin sözlərinə görə, vətəndaşların bəziləri onlara aid olanı almaq üçün rüşvət versə də, yenə evsiz qalıblar:

"O qədər qanunsuzluqlar olub ki, onları təmizləmək və həll etmək üçün xeyli zaman lazımdır, bir də iradə. Eyni zamanda vəzifəli şəxslərin vurduqları ziyan və qaytarılan məbləğ haqqında cəmiyyətə müfəssəl məlumat verilməlidir.
 
Bilinmir ki, nə qədər ziyan vurub, nə qədəri qaytarılıb. Mütləq şəkildə alınan rüşvətlər da sahibinə geri qaytarılmalıdır. Başqa cür, hüququ cəmiyyəti necə yarada biləcəyik?”.
 
Günay
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31