Dünya

Almaniya koronavirusla bağlı Fransaya kömək edəcək

Almaniya koronavirusla bağlı Fransaya kömək edəcək
Almaniya Fransanın Qrand Est əyalətindən koronaviruslu xəstələri qəbul edə biləcəklərini açıqlayıb. 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Fransanın Qrand Est bölgəsində xəstəxanalarda yataq sayının azalmasıdır. Burada insanlar arasında koronavirus testinin pozitiv çıxdığı və tənəffüs cihazına ehtiyac duyan xəstələr var. 
Bu səbəbdən də Almaniyanın Baden- Vorttenberq əyalətinin sağlıq qurumu həmin bölgədən xəstə qəbul edə biləcəklərini açıqlayıb. 

Qeyd edək ki, Qrand Est əyaləti Almaniya ilə sərhəddə yerləşir. Bu əyalət Fransada koronavirusun geniş yayıldığı yerlərdən biridir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930