Dünya

Angela Merkel karonavirus şübhəsilə karantinə alındı

Angela Merkel karonavirus şübhəsilə karantinə alındı

Almaniya kansleri Angela Merkel karantinə alınıb.

Sfera.az bildirir ki, bu haqda apa.az "Sky News”a istinadən xəbər verib. Bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.

O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930