Cəmİyyət

APA-nın 15 illik yubileyidir

APA-nın 15 illik yubileyidir

Noyabrın 16-da Azərbaycan media məkanında özünəməxsus yer tutan APA-nın yaradılmasının 15 ili tamam olur.

2004-cü ildən Vüsalə Mahirqızının rəhbərliyi ilə agentlik kimi fəaliyyətə başlayan APA 2012-ci ilin oktyabr ayından holdinqə çevrilib.

2018-ci il avqustun 1-də fəaliyyətini dayandıran holdinq bu il iyunun 4-dən "APA-Group” adı altında yenidən öz işini bərpa edib.

Hazırda qurumun tərkibində APA və ONA agentlikləri, Lent.az, vesti.az, Kulis.az, apasport.az saytları və APA TV birgə fəaliyyət göstərir.

Sfera.az yubiley münasibətilə həmkarlarını təbrik edir və fəaliyyətlərində uğurlar diləyir.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31