No image
Cəmİyyət

“Araz” Supermarketlər Şəbəkəsi “Azersun”u günahkar çıxardı: “O konservlər səhvən göndərilib”

“Araz” Supermarketlər Şəbəkəsi “Azersun”u günahkar çıxardı: “O konservlər səhvən göndərilib”
 

"Araz” supermarketində qabı üzərində "MN-ə məxsusdur, satışı qadağandır” qeydi olan "Ətli ağ lobya” konservlərinin satıldığı haqda bir neçə gün əvvəl məlumat vermişdik.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a  verilən açıqlamada həmin məhsulun onlara məxsus olmadığı bildirilmişdi.

Artıq "Araz” Supermarketlər Şəbəkəsi də bu qalmaqallı olaya aydınlıq gətirib. Şəbəkənin PR meneceri Billurə Əmirova Yenicag.az-a açıqlamasında bəhs olunan konservlərin marketlərə səhvən göndərildiyini deyib:

"Üzərində "Müdafiə Nazirliyinə məxsusdur, satışı qadağandır” qeydi olan "Ətli ağ lobya” konservi məhsulunun tədarükçüsü "Azersun” şirkətidir. Bu, "Super Sun” hazır yeməklər kateqoriyasına aid məhsuldur.

Tədarükçü şirkət öz anbarından məhsulu yükləyərkən yanlışlıq olub və marketlərimizə gətirilərək, rəfə vurulub. Qeyd olunan konservlər satışdan tamamilə yığışdırılıb”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930