Maqazİn

Arif Quliyevin son durumu ilə bağlı açıqlama

Arif Quliyevin son durumu ilə bağlı açıqlama
Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Sfera.az xəbər verir ki, bu barədə publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: "Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik”.

Qeyd edək ki, A.Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31