Sağlıq

Artıq çəki qocalmanı sürətləndirir

Artıq çəki qocalmanı sürətləndirir
 Dünyada 18 yaşdan yuxarı təxminən 2 milyard insan artıq çəkidən əziyyət çəkir.
 
Sfera.az day.az-a istinadən xəbər verir ki, bu statistika Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarında yer alıb. Məlumata görə, 650 mindən çox insan isə piylənmədən əziyyət çəkir.
 
Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, artıq çəkili insanlar arasında erkən ölüm halları normal çəkili insanlardakına nisbətən daha çoxdur. Həkimlərin fikrincə, bu, onunla əlaqədar ola bilər ki, piylənmə qocalmanı sürətləndirir. Belə ki, kanadalı alimlər artıq çəkili insanlar arasında uzun müddət apardıqları araşdırmaların sonunda bildiriblər ki, həmin şəxslər normal çəkidə olan həmyaşıdlarına nisbətən 5-7 il az ömür sürürlər.
 
Alimlər iddia edirlər ki, məsələ ondadır ki, piylənmə hüceyrələrin qocalması mexanizmini sürətləndirir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930