İdman

Aryen Robben Braziliyada çıxış edə bilər

Aryen Robben Braziliyada çıxış edə bilər
 

Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Aryen Robben karyerasını Braziliyanın "Botafoqo" komandasında bərpa edə bilər. 

Sfera.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin vitse-prezidenti Rikardo Rotenberq "Globoesporte.globo.com" saytına açıqlama verib. 

Funksioner 35 yaşlı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib. O, Robbeni əla futbolçu adlandırıb: "Əlbəttə risk var, çünki uzun müddət oynamayıb. Lakin çalışdım, klubumuzun onunla maraqlandığını bildikdə mənə cavab verdi. Özü də bizdə oynamaqda maralıdıir".

Qeyd edək ki. Aryen Robben 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlayıb. O, "Bavariya”dan başqa, Hollandiyanın "Qroningen”, PSV, eləcə də İngiltərənin "Çelsi” və İspaniyanın "Real Madrid” klublarının formasını geyinib. Robben Hollandiya millisində 97 oyuna 39 qol vurub. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930