İdman

Asmir Beqoviç yığmaya qayıtdı

Asmir Beqoviç yığmaya qayıtdı
 

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən, hazırda isə İtaliyanın "Milan" klubunda icarə əsasında oynayan Asmir Beqoviç Bosniya və Herseqovina yığmasına dəvət alıb.

 

Sfera.az  xəbər verir ki, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperi milliyə qaytarıb.

 

Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Herseqovina yığmasında oyun keçirib. Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.

 

Azərbaycan çempionu "Qarabağ" mövsümün əvvəlində Beqoviçi "Bornmut"dan 4 aylıq icarəyə götürmüşdü. O, Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb. Qolkiper yeni klubu "Milan"da 2 oyun keçirib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031