İdman

AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır - VİDEO

AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır - VİDEO
 

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına, təxminən, 4 aydan az vaxt qalıb. 

Sfera.az xəbər verir ki, turnir yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 12 fərqli şəhərdə baş tutacaq. Futbolsevərlər 51 maraqlı matça şahidlik edəcəklər. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması Bakıda olacaq. 

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko” stadionunda qarşılaşacaqlar.

Avropa çempionatı Bakı ilə yanaşı London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.


XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031