Cəmİyyət

“Avromed”in rəhbəri vəzifəsindən azad olundu

“Avromed”in rəhbəri vəzifəsindən azad olundu
 "Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.
 
Sfera.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 
 
"Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın "Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib.
 
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.
 
Deputat Cavanşir Feyziyevə məxsus olan "Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930