Dünya

Avropada koronavirusun miqyası böyüyür

Avropada koronavirusun miqyası böyüyür
 

Qazaxıstan, Rusiya, Litva, Albaniya, Hollandiya, Belçika, Portuqaliya və Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb.

Sfera.az report-a istinadən xəbər verir ki, virus daşıyıcılarının sayı Qazaxıstanda 3, Rusiyada 45, Litvada 6, Albaniyada 33, Hollandiyada 804, Belçikada 556, Portuqaliyada 112, Böyük Britaniyada isə 798 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 139 285-ə çatıb. Bunların 70 729 nəfəri sağalıb, 5 117 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031