Dünya

Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edildi

Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edildi
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.

Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub və terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

İştirakçılar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edərək, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaq Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30