Cəmİyyət

Çayda boğulan əsgərin atası hadisə yerində olub, təfərrüatları yerində öyrənib - VİDEO

Çayda boğulan əsgərin atası hadisə yerində olub, təfərrüatları yerində öyrənib - VİDEO

12 iyul tarixində mərhum əsgər Fərdi Yarəliyevin atası və yaxın qohumları onun xidmət etdiyi sərhəd zastavasına səfər ediblər.


Sfera.az-ın məlumatına görə, mərhum əsgərin yaxınları onun ölüm hadisəsinin baş verdiyi çay kənarında olub, şahidlər və mərhumun əsgər yoldaşları ilə görüşüb, hadisənin təfərrüatlarını öyrəniblər.


Əsgər Fərdi Yarəliyevin üzmək üçün çaya daxil olmasının bilavasitə şahidi olmuş və təhlükəli olduğuna görə, onu bu hərəkətdən çəkindirməyə çalışmış Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini onlara danışıb.


Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.


Bundan əlavə, məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.


Zaqatala hərbi prokuroru Surxay Hüseynov da onlarla görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, sualları cavablandırıb.


Keçirilmiş görüşlər və aparılmış söhbətlər nəticəsində mərhum əsgərin ölümü ilə əlaqədar müxtəlif KİV-lərdə və sosial mediada yayılmış əsassız ittihamların tam qərəzli və həqiqətə zidd olması bir daha öz təsdiqini tapıb.

 


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31