Cəmİyyət

Azərbaycan 171 vətəndaşını Rusiyadan gətirdi

Azərbaycan 171 vətəndaşını Rusiyadan gətirdi
 
"Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

"Report"un Rusiya bürosu xəbər verir ki, reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

AZAL-ın Rusiya nümayəndəliyindən "Report" yerli bürosuna verilən məlumata görə, çarter reyslər təlabata uyğun olaraq həyata keçiriləcək.

Sabah, martın 19-da isə daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930