Sİyasət

Azərbaycan artıq qalib mövqeyindən çıxış edəcək – Deputatdan açıqlama

Azərbaycan artıq qalib mövqeyindən çıxış edəcək – Deputatdan açıqlama

"Düşmənin budəfəki məğlubiyyətilə növbəti mərhələdə münaqişənin tənzimlənməsi dinc mərhələyə daxil olacaqsa, artıq proseslər Azərbaycanın haqlı maraqlarına uyğun şəkildə inkişaf edəcək”.


Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın cəbhədə uğradığı yeni məğlubiyyətinin Qarabağ münaqişəsinin sonrakı gedişinə nə vəd edəcəyilə bağlı sualı cavablandırarkən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.


O bildirib ki, Azərbaycanın bu hərbi qələbəsi ona siyasi divident gətirəcək:

 

"Düşmənin sonuncu təxribatının ardınca Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatı həyata keçirərək qısa zamanda bir sıra kəndlər və strateji yüksəkliklərdən işğalçını qovdu. Təbii ki, Azərbaycanın bu fonda hərbi qələbəsi həm də ona siyasi divident gətirir”.


Həmsöhbətimiz qeyd etdi ki, düşmənin yeni məğlubiyyəti nəticəsində sabah danışıqlar masası arxasında Azərbaycan artıq güc və qalib mövqedən çıxış edəcək:

 

"Bu isə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin təminatı rolunda çıxış edən faktordur. Azərbaycanın tutduğu bu mövqeyinə qarşı hər hansı bir irad tutulması üçün heç bir əsas yoxdur. Belə bir vəziyyəti isə Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev yaradıb.

Bu gün beynəlxalq tribunalarda, təşkilatlarda dəstəklənən mövqe yalnız ondan ibarətdir ki, münaqişə Azərbaycnın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Münaqişə ətrafında dinc tənzimləmə mexanizmlərinin real olaraq tətbiq olunmaması nəhayət, genişmiqyaslı müharibənin baş verməsinə gətirib çıxardı. Azərbaycan hərbi vəziyyət elan etdi, qismən səfərbərlik elan olundu. Bu da onun göstəricisidir ki, Azərbaycan torpaqları işğaldan azad etmək üçün bu hüquqa malikdir və hazırda bu hüquqdan yararlanmaqdadır”.


E. Mirbəşiroğlu hesab edir ki, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunacaq:

 

"Azərbaycan bütün beynəlxalq hüquq normalarını gözləyərək, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini aradan qaldırmaqla məşğuldur. Bu yolda Azərbaycan daha qətiyyətli addımlar atacaq”.


Politoloqun fikrincə, növbəti mərhələdə münaqişənin tənzimlənməsi dinc mərhələyə daxil olacaqsa, artıq proseslər Azərbaycanın haqlı maraqlarına uyğun şəkildə inkişaf edəcək: "Bunu əminlik və qətiyyətlə qeyd edirəm. Çünki artıq Azərbaycan özünün kifayət qədər güclü mövqeyini formalaşdıra bilib. Bundan sonra hərbi və siyasi müstəvidə formalaşacaq yeni reallıqlar Azərbaycanın münaqişənin həlli prosesində gələcək mövqeyi üçün daha əlavə dividentlər gətirəcək”.


Elçin

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031