Cəmİyyət

“Azərbaycan dövləti arxamızdadır” – Xaricdəki soydaşlarımızdan maraqlı paylaşımlar

“Azərbaycan dövləti arxamızdadır” – Xaricdəki soydaşlarımızdan maraqlı paylaşımlar

Bütün dünyanı ağuşuna alan koronavirus epidemiyasına qarşı həyata keçirilən profilaktik tədbirlər davam etməkdədir. Artıq bir sıra ölkələrdə rəsmən fövqəladə vəziyyət elan edilib, virusun daha çox ölümlərə səbəb olmaması üçün gərəkən digər vacib tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycanda həyata keçirilən önləyici tədbirlər də diqqətəlayiqdir.


Sfera.az xatırladır ki, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 virusunu qlobal pandemiya elan etməsi təbii ki, ölkələri daha ciddi düşünməyə vadar edib. Digər qabaqlayıcı tədbirlər kimi həm də ölkələrin sərhədlərini bağlayaraq virusun yayılmasının qarşısını almaq olub. Bütün bunlar Azərbaycanda dövlətin vətəndaşlarının təhlükəsizliyinə yetirdiyi yüksək diqqətin göstəricisi sayılmalıdır.


Bununla belə yaranmış gərgin sitiuasiya digər dövlərlərdə olduğu kimi Azərbaycan dövlətinin də qarşısında əlavə problemlər qoyub. Bu hazırda müxtəlif səbəblərdən (təhsil, səyahət, müalicə və s) xaricdə olan vətəndaşların ölkəyə qayıdışının problemsiz həllinə nail olmaqdır. Problemsiz qayıdış isə digər məsələlərin həlli ilə yanaşı həmin vətəndaşların ciddi tibbi yoxlanışdan keçdikdən sonra ölkəyə gətirilməsi deməkdir.


Xatırladaq ki, Azərbaycan dövləti ilk gündən xaricdəki vətəndaşlarının problemlərinin həllinə yardımçı olmuş, onların təhlükəsiz qaydada vətənə dönüşünü təmin etməyə nail olmuşdur. Bu istiqamətdəki fəaliyyət hazırda da uğurla həyata keçirilir. Hazırda xaricdə olan Azərbaycan vətəndaşlarının bununla bağlı sosial şəbəkələrdə yazdıqları isə bunun növbəti isbatıdır.


Belə vətəndaşlarımızdan biri İsveçrənin Sürix şəhərində olan Elxan Həsənlidir. O sosial şəbəkədəki hesabında bunları yazıb: "Artıq 4 gündür evdəyəm, tələbələrimlə qismən distant təhsilə keçmişik. Bu gündən bütün İsveçrə Fövqəladə vəziyyət şəraitinə keçib. Bayramla əlaqədar Azərbaycana uçmağı planlıyırdım, ancaq Koronaya görə qaldım. Cünki bilmirəm koronaya yoluxmuşam ya yox, hələ 10 gün gözləməliyəm. Çox adam evdə özünü izolyasıya edib. Vəziyyətdən çıxmağın tək yolu da budur. Günümü idman və sarımsagla başlayıb mütailəylə başa vururam.


İndiki dövrdə koronanın daha çox yayıldığı ölkələrdə təhsil alan tələbələrin Azərbaycana geri dönməsini yanlış hesab edirəm. Gənclərin bir coxu vəziyyət ağırlaşan kimi valideynlərinə üz tuturlar, valideynləri də dövlət babaya. Artıq Avropanın bir çox ölkələrində yaşayan azərbaycanlı tələbələr səfirliklərimizin təşkil etdiyi aviareyslər vasitəsilə vətənə qayıdıblar. Hətta Koronanın vətəni Cində belə dövlətimiz vətəndaşını tək qoymadı, geri gətirdi hamısını. Türkiyə və Azərbaycandan başqa heç bir dövlət öz vətəndaşına bu şəkildə sahib çıxmayıb.


Misirdən tutmuş Kolumbiyaya qədər bir çox səyahət məkanlarından geri dönmək istəyən minlərlə adam tıxanıb qalıblar hava limanlarında. Aralarında fransız, italyan, amerikalı, hətta isveçrəli belə var. Hələlik nə bir səfirlik, nə də bir hökumət onlarla maraqlanmır, hec onların özləri də dövlətdən, səfirlikdən kömək ummurlar, sərbəst şəkildə, öz güclərinə geri dönmək istəyirlər. Cünki Avropada həmişə belə olub. Belə məqamlarda yalnız sığorta avropalının dadına çatır, başqa heç kim.


İndiki panik vəziyyətdə Azərbaycan dövləti kimi öz vətəndaşına sahib çıxan ikinci bir ölkə görmürəm hələlik. Bunları görə görə bəzi dostların haqqsız yerə dövlətimizi vətəndaşlarımıza laqeydlikdə ittiham etməsi, yumşaq desək qərəzdir”.


Daha bir vətəndaşımız Elnur Məcidli isə Fransadan bunları yazıb: "Bəlkə də fərqində deyilsiniz, ancaq Coronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ən nümunəvi ölkələr sırasındadı. Bu qədər ajiotaja rəğmən yaranmış böhran vəziyyəti çox professional şəkildə idarə olunur. Bu mənada Nazirlər kabineti yanındakı Operativ Qərargahın fəaliyyəti təqdirəlayiqdir”.


Elnur Məcidli atıq İtaliyadan da azərbaycanlı tələbələrin ölkəyə gətirilməsi prosesinə başlandığın qeyd edib: "Biz dünən İtaliyadan Azərbaycana getmək üçün Parisə gələn bir tələbəmizi evimizdə qonaq etdik, inşallah bu gün Aeroflotla Parisdən Moskvaya, ordan da Bakıya uçmalıdır. Çətin günlərdən keçirik, həmrəylik vaxtıdır. Xaricdə yaşayan bütün vətəndaşlarımız, səyahətdə olan yaxud təhsil almaqda olan bütün həmvətənlərimizə sahib çıxmalıdır. Bunun başqa yolu yoxdur. Deyinmək yerinə, həmvətənlərimizə öz köməyimizi əsirgəməməliyik. Azərbaycan Respublikasının Fransadakı səfirliyi (Ambassade de la République d'Azerbaïdjan en France), İtaliyadakı səfirliyimiz koordinasiyalı şəkildə qaynar iş rejiminə keçib. Bu prosesdə, panikaya düşmədən, öz dövlətimizə dəstək olmaq, millətimizlə həmrəylik nümayiş etdirmək ən əsas borcumuzdur”.


Hazırda İsverçrədə olan daha bir həmvətənimizRasim Cabbarov da xaricdəki soydaşlarımızın vətənə qayıdışı işini yüksək səviyyədə qurduğu üçün Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. O eyni zamanda belə bir çətin durumda bütün azərbaycanlıların birləşməsini və həmrəyliyini vacib hesab etdiyini bildirib.

 

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930