Cəmİyyət

Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur - VİDEO

Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur - VİDEO
Gördüyünüz kimi ermənilər yenə atəşkəsi pozurlar. Azərbaycan Ordusu bu gün nəzarəti tam şəkildə həyata keçirir və istənilən düşmən təxribatının qarşısını almağa qadirdir.
Sfera.az-ın məlumatına görə, bunu hazırda Tovuzun Ağdam kəndində olan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, Ağdam kəndi Tovuzun qəhrəman kəndlərindən biridir. Bütün problemlərlə mübarizədə Ağdam kəndinin sakinləri Azərbaycan Ordusu ilə birlikdədir:

"Ermənilərin xüsusən bu istiqamətdə təxribat törətməkdə bir neçə məqsədləri var: İlk növbədə onlar bu strateji yerə nəzarəti ələ keçirməklə ərazidən keçən dəmir yolu, avtomobil yoluna nəzarəti gücləndirsinlər. Buna görə də bu istiqamətdə mövqe uğrunda mübarizə aparırlar. Digər bir yandan Ermənistan hakmiyyəti ölkədəki sosial-iqtisadi problemlərindən erməni cəmiyyətində yaranan narazılığı bu istiqamətə yönəltməyə çalışırlar".
 
Trend

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31