Cəmİyyət

Azərbaycan hərbçiləri erməni tabor komandirinin maşınını vurdu - FOTO

Azərbaycan hərbçiləri erməni tabor komandirinin maşınını vurdu - FOTO
Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin "Nissan Patrol” markalı avtomobilini vurublar.

Sfera.az xəbər verir ki, "AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, "Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – hansı ki, 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib.

Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər. / Oxu.az

 


 


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031