Sİyasət

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

Azərbaycan Livana bir milyon dollar yardım edəcək
 Baş nazir Əli Əsədov Livana maliyyə yardımı edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumata yayıb. 

Bildirilib ki, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olub. 

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın dördüncü hissəsinə əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bir milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin edəcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930