İdman

Azərbaycan millisinə gətiriləcək baş məşqçi: “Koronavirusa görə ev dustağı oldum”

Azərbaycan millisinə gətiriləcək baş məşqçi: “Koronavirusa görə ev dustağı oldum”

Azərbaycan millisini çalışdırmağa əsas namizədlərdən biri olan italiyalı baş məşqçi Canni De Byazi "Abcnews.al" saytına koronavirusla bağlı açıqlama verib.

 

 

Sfera.az xəbər verir ki, "Skype" vasitəsi ilə canlı yayıma qoşulan çalışdırıcı pandemiyadan hər kəsin qorunmalı olduğunu söyləyib. O bildirib ki, insanlarla təmasdan qaçmaq və evdə olmaq vacibdir:

"Evdə qalın. Bunu bir yerdə etsək, vəziyyətdən çıxmaq şansımız olacaq. Yurgen Kloppun ("Liverpul”un baş məşqçisi) fikirlərini oxudum, əla idi. Və o haqlı sayılır. Bu şəraitdə futbol oynamaq olmaz. Futbolçunu igər şəxslərdən ayırmamalıyıq. Bu virusdan hər kəs qorunmalı və virusa qarşı mübarizə aparmaq üçün güclü olmalıyıq. Ev dustağı oldum. Düşünməzdim ki, nə zamansa həyatımda belə bir şey baş versin. Deyə bilərəm ki, çox çətin vəziyyətdir. Amma biz bunu qəbul etməliyik. Düzdür, çətindir. Amma təmasdan çəkinməli, evdən çıxmamalıyıq”.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis son olaraq "Alaves"i (İspaniya) çalışdırıb. Onun 2011 - 2017-ci illərdə sükanı arxasında olduğu Albaniya milli komandası tarixində ilk dəfə (2016-cı il) Avropa çempionatına vəsiqə qazanıb.

Xatırladaq ki, AFFA-nın baş katibi və icraçı vitse-prezidentinin milliyə gətiriləcək namizədləri içində Canni De Byazinin adı da var.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930